Modern.az

Qafqazlı Bəxtiyar Medvedevin "qızına" elçi düşüb

Qafqazlı Bəxtiyar  Medvedevin "qızına" elçi düşüb

Təhsil

21 Yanvar 2010, 10:20

Moskvada  Bəxtiyar adlı Dağıstan vətəndaşı Kremlə gələrək prezident Medvedevlə görüşmək niyyətini açıqlayıb. Modern.az-ın rus mətbuatına istinadən yaydığı məlumata görə, hadisə Spask qapıları önündə baş verib. Milis Kremlə girmək istəyən naməlum şəxsi saxlayıb. Qafqazlı milisə xəbər verib ki, o, Dmitri Medvedevlə görüşə tələsir və məqsədi qeyri-rəsmi görüşdə onun qızını istəməkdir.  “Moskovski komsomolets” qəzeti yazır ki, “Kitay-qorod” Daxili İşlər İdarəsinin rəisi Oleq Vasilyev bildirib ki, 35 yaşlı Bəxtiyar psixiatriya xəstəxanasına aparıblar. Onun pisxi durumunun qiymətləndirilməsinə ehtiyac var. Medvedevin isə qızı yox, oğlu var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?