Modern.az

Azərbaycanda bir il ərzində tikinti sahəsinə 5,1 milyard manat xərclənib

Azərbaycanda bir il ərzində tikinti sahəsinə 5,1 milyard manat xərclənib

21 Yanvar 2010, 10:47

2009-cu ildə bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat investisiya yönəldilib, onun 69,9 faizi və ya 5,1 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Modern.az-ın məlumatına görə. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Əsas kapitala yönəldilmiş vəsaitin 79,9 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib.

2009-cu ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yeni obyektlər işə salınıb, yeni iş yerləri açılıb. Bakı şəhərində Hövsan Aerasiya Stansiyasının əsaslı yenidən qurulması, metronun “Azadlıq prospekti” stansiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Azərbaycan Tennis Akademiyası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Sumqayıt şəhərində Elektrik Stansiyası, Gədəbəy rayonunda Qızıl-mis emalı, Hacıqabul rayonunda kərpic zavodları, Quba rayonunda modul tipli “Şahdağ” Elektrik stansiyası, Bərdə rayonunda Avtovağzal binası, Naxçıvan şəhərində Avtovağzal kompleksi, “Gəmiqaya” mineral sular və Asfalt-Beton zavodları, Unlu qənnadı məmulatlar istehsalı sexi, Naxçıvan şəhərində və Şərur rayonunda meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Şərur rayonunda istixana kompleksi, Şəmkir, İsmayıllı və Şərur rayonlarında Olimpiya İdman kompleksləri, Bakı şəhərində Hövsan, Şağan Olimpiya İdman kompleksləri və “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Şamaxı, Quba və Bərdə rayonlarında Müalicə-Diaqnostika mərkəzləri, Hacıqabul rayonunda Uşaq Tibb, Naxçıvan şəhərində Doğum və Şahmat mərkəzləri, ölkənin müxtəlif bölgələrində 134,5 min nömrəlik avtomat telefon stansiyaları, ümumi sahəsi 1363,3 min kvadrat metr olan yeni yaşayış evləri, 20622 şagird yerlik ümumtəhsil məktəbləri, 605 çarpayılıq xəstəxana, növbədə 1235 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilib.

Əsas kapitala yönəldilmiş sərmayənin 47,9 faizini müəssisə və təşkilatların vəsaitləri, 36,4 faizini büdcə vəsaitləri, 4,1 faizini əhalinin xüsusi vəsaiti və 11,6 faizini digər vəsaitlər təşkil edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu