Modern.az

Bu ölkədə virusa yoluxanların sayı 350 mini ÖTDÜ

Bu ölkədə virusa yoluxanların sayı 350 mini ÖTDÜ

Aktual

21 Sentyabr 2020, 18:50

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 1705 yoluxma və bu virus səbəbindən 40 ölüm faktı qeydə alınıb.

 

Modern.az Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 350 mini ötüb, ölənlərin sayı isə 4979-a çatıb.

İdarənin rəhbəri Nəsimə Sultana bildirib ki, Banqladeşdə indiyədək virusa yoluxanların 73 faizi sağalıb, 1,42 faizi ölüb. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar.

 

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır