Modern.az

Qubadakı yanğını yeniyetmələr törədib

Qubadakı yanğını yeniyetmələr törədib

Aktual

21 Sentyabr 2020, 23:13

Quba rayonunun Dəlləkli kəndi ərazisində 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın törədənlərin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 19-da və 20-də başverən yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılmışdır.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər. Yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür