Modern.az

Britaniyada koronavirusa yoluxmalar artır

Britaniyada koronavirusa yoluxmalar artır

Aktual

21 Sentyabr 2020, 23:57

Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 4368 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər infeksiyadan vəfat edib.

Modern.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 398 625, xəstəlikdən ölənlərin sayı isə 41 min 788 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi