Modern.az

Rusiya azərbaycanlı vəkilə qarşı hərəkətə keçir

Rusiya azərbaycanlı vəkilə qarşı hərəkətə keçir

22 Sentyabr 2020, 00:14

"Rusiya İstintaq Komitəsinin yoxlamalarından qorxmuram".

Modern.az xəbər verir ki, bu sözləri Rusiyada fəaliyyət göstərən azərbaycanlı vəkil Elman Paşayev deyib.

“Bu ki, yaxşı və düzgündür. Yoxlamalardan sonra bütün bunlar sona çatacaq”, - deyə Paşayev bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin KİV-lərdə Paşayevin qeyri-qanuni əməlləri ilə bağlı yayılan məlumatlardan sonra araşdırmaların başladılması barədə təlimat verib.

Belə ki, Rusiya mediasında Paşayevin Moskvadakı ailələrdən birinin daşınmaz əmlakı ilə bağlı işdə dələduzluğa yol verdiyi deyilir.

Onu da əlavə edək ki, bir neçə gün öncə Şimali Osetiya Vəkillər Palatası E.Paşayevin vəkillik statusunun ləğvi ilə bağlı qərar qəbul etmişdi. (Axar.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI