Modern.az

İran ABŞ-la məhbusların dəyişdirilməsinə hazırdır

İran ABŞ-la məhbusların dəyişdirilməsinə hazırdır

Aktual

22 Sentyabr 2020, 00:46

İran ABŞ-la məhbusların dəyişdirilməsinə hazırdır.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bunu “Beynəlxalq Münasibətlər Komitəsi” platformasında çıxış edən zaman ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Məhəmməd Cavad Zərif bildirib ki, ölkəsi ABŞ-la məhkumların universal qaydada mübadiləsinə hazırdır: “Söhbət İran vətəndaşlarından gedir. Amerika həbsxanalarında yalnız ölkələrinə xəyanət etməkdən boyun qaçırdıqları üçün saxlanılan vətəndaşlar var. Buna görə də təkrar edirəm: bütün məhbusları dəyişə bilərik”, - Zərif belə deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır