Modern.az

Azər Həsrət "Müxalifət" qəzetini məhkəməyə verməkdən vaz keçdi

Azər Həsrət "Müxalifət" qəzetini məhkəməyə verməkdən vaz keçdi

21 Yanvar 2010, 11:52

Xəbər verdiyimiz kimi Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət “Müxalifət” qəzetini məhkəməyə verməyə hazırlaşırdı. Bir zamanlar jurnalist hüquqlarının qorunması ilə məşğul olan bir şəxs kimi onun bu addımı hətta təəccübə də səbəb olmuşdu. Azər Həsrətin belə radikal qərar verməsi “Müxalifət” qəzetinin 30 dekabr 2009-cu il tarixli sayındakı “Dəvə dərisinin sehri” adlı yazıda barəsində əsassız ittihamların yer alması ilə bağlı idi.

Azər Həsrət bu gün Modern.az-a bildirib ki, qəzetlə məhkəmə çəkişməsindən vaz keçib. O, qeyd edib ki, qəzet rəhbərliyi ilə məsələni ayrıntılı şəkildə müzakirə etdikdən və “Müxalifət” müvafiq addım atdıqdan sonra bu qərara gəlib. “Yazı dərc edilən gün mən qəzetin redaktoru Rövşən Kəbirli ilə telefon əlaqəsi saxlayıb yazdıqlarının əsassız olduğunu bildirmişdim. O da öz növbəsində qəzetin növbəti saylarında məsələyə aydınlıq gətirməyə hazır olduqlarını demişdi. Lakin sonradan gec əlaqə saxlamaları məndə belə bir qənaət hasil etmişdi ki, məsələnin üstündən keçməklə məsuliyyətdən yayınmaq istəyirlər. Ona görə də çıxış yolu kimi məhkəməyə müraciət etmək haqqında fikrimi bəyan etmişdim”, – deyə Azər Həsrət bildirib.

Azər Həsrət məhkəmə qərarından vaz keçməsini belə izah edib: “13 yanvar 2010-cu il tarixində “Müxalifət” qəzeti mənimlə geniş yazı dərc edəcəyi haqqında elan verdi. Bundan sonra məni redaksiyaya dəvət edib həm əvvəlki yazıda yer alan, həm də ümumiyyətlə qaranlıq qalan başqa məsələlərlə bağlı geniş müsahibə aldılar. Müsahibə qəzetin 20 yanvar tarixli sayında dərc edildi və orada “Dəvə dərisinin sehri” adlı yazıdakı məsələlərə də aydınlıq gətirildi. Belə olan şəraitdə aramızda olan xoşagəlməz hal ortadan qalxmış oldu və mən də çəkişmənin bitdiyini qərarlaşdırdım. Yəni “Müxalifət”lə aramızdakı problem həllini tapıb”.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir