Modern.az

“Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR

“Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR

Təhsil

22 Sentyabr 2020, 13:34

“Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib.
Bu gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir”.

Modern.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq.

“Bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq apardım.
Bəli, valideynlər məktəbə buraxılmır. Amma bu həll yolu deyil”.

Ekspert yaranmış vəziyyətlə əlqaədar bəzi təkliflər irəli sürüb:

“1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar.
Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır.
Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.


  1. Məktəbin qarşısında valideynlərin sıxlığı yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.

  2. Bilirəm, bu bir az çətin olacaq, bamma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır.

Mövcud vəziyyət davam etsə, 2 həftə sonra tədris prosesi yenidən dayanacaq”

Təhsil Nazirliyinin 21 sentyabr 2020-ci il tarixinə olan məlumatına görə,  dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı