Modern.az

Azərbaycanın Milli Qəhrəmanı: “Yetər ki, Ali Baş Komandan əmr versin!”

Azərbaycanın Milli Qəhrəmanı: “Yetər ki, Ali Baş Komandan əmr versin!”

22 Sentyabr 2020, 16:27

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Prezident İlham Əliyevə müraciət edib.

Modern.az həmin müraciəti təqdim edir:

“Çox gözəl məqamdır ki, Azərbaycan və Türkiyə prezidentləri arasında dostluq razılaşmasına əsasən hər iki dövlət bir-birinin arxasında durur, təcavüzkarlara qarşı birlikdə mübarizə aparır.  Azərbaycanın yanında həmişə türk milləti durub və bizə dəstək olublar.

Mən və keçmiş döyüşçülərim, bizim digər Milli Qəhrəmanımız Maşallah Abdullayev dəfələrlə istəmişik ki, müraciət edək. Amma keçmiş müdafiə nazirləri – elə Səfər Əbiyevin özü həmişə bizim ordumuzu geriyə çəkib. İndi də Müdafiə Nazirliyində bu cür adamlar var. Mən bilirəm ki, Zakir Həsənov tək qalıb. Ona dəstək olmaq üçün keçmiş döyüşçümüz Kərim Vəliyev yaxşı ki, nazirlikdə fəaliyyət göstərir.

Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə həmişə Goranboyun 1 nömrəli özünümüdafiə batalyonu qabaqda gedib. Batalyonun elə əsgərləri var ki, şəhid olub, dünyasını dəyişib. Amma indi sağ olanlar da var. Onların övladları da bu gün Azərbaycan torpaqlarını qorumaq üçün həyatını qurban verməyə hazırdılar. Elə mənim iki oğlum da bizimlə birlikdə düşmənin qarşısına çıxmağa hazırdır.

Azərbaycanı qorumaq üçün Pakistan və Türkiyədən başqa dəstək göstərən ölkə görmürəm. Halbuki,  Azərbaycan hər zaman digər ölkələrə dəstək nümayiş etdirib. Elə sonuncu dəfə pandemiya dövründə - COVID-19-la mübarizədə neçə-neçə dövlətə köməklik göstərilib. Amma bu gün prezidentimizə Türkiyə və Pakistandan başqa kömək etmək istəyən yoxdur.

İndi Azərbaycanın çox güclü ordusu var. Vaxtilə yaxşı silahlarımız olsaydı, bizim torpaqlarımızı tuta bilməzdilər. O torpaqları qaytarmaqdan ötrü döyüşə hazırıq. Goranboy özünümüdafiə batalyonu partizan döyüşünə də, üzbəüz döyüşə də gedə bilər. Biz torpaqlarımızı geri qaytarmağa hazırıq. Ermənilər, ruslar kimdir ki, bizim qarşımızda dursunlar...
Mən 1987-1989-ci illərdə sovet ordusunun əsgəri olmuşam.  Mənimlə qulluq edən hərbçilərin hamısı fikrimi dəstəkləyər ki, yüzlərlə rus əsgərinin içərisində olan 10-12 azərbaycanlı onların hamısının dizini yerə qoyurdu. Bu dəqiqə də biz ona qadirik! Ermənilər də ona-buna quyruq bulayıb, ortada atlanıb-düşür. Amma ermənilərin ordusu yoxdur. Biz bu dəqiqə ordunu yığıb hansı istiqamətdə desəniz, düşməni məhv etməyə hazırıq. Biz arzu edirik ki, Ali Baş Komandan bircə dəfə əmr versin!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir