Arxiv
23 Sentyabr 2020, 11:42 | İQTİSADİYYAT
“Ermənistan-2050 strategiyası” - Dünyanın sonu

Tahir Mirkişili,
Milli Məclisin deputatı

Ermənistanın baş naziri Paşinyan 2 gün öncə “Ermənistanın Tranformasiya strategiyası – 2050” təqdimatını keçirib. Strategiyadakı hədəflər 2050-ci ilə qədər bunlardır:

1. Əhalinin sayını 5 milyona qədər artırmaq
2. Ümumi Daxili Məhsulu 20 dəfə böyütmək
3. Dünyanın ən güclü ordusuna sahib olmaq
4. Dünyanın 10 ən güclü xüsusi xidmət orqanlarından birinə sahib olmaq
5. Futbol üzrə dünya və Avropa çempionatının mükafatçısı olmaq
6. Orta əmək haqqını 7 dəfə artırmaq
7. 1.5 mln yeni iş yeri açmaq
8. 25 olimpiya medalı qazanmaq və s....


Ermənistan baş naziri həmişəki kimi cəfəng fikirləri və ideyaları ilə bu dəfə də Ermənistan ictimaiyyətini vədlərlə aldatmağa çalışır. Bəzi rəqəmlərə fikir versək bunu asanlıqla görmək mümkündür.

1. 1991-ci ildən etibarən keçən 29 il ərzində Ermənistan əhalisi hər il azalıb. Rəsmi statistikaya görə 1991-ci ildə 3.6 mln əhalı sayı 2019-cu ildə 2.9 mln olub. Yani son 30 ildə əhali sayı 700 min azalıb. Bu hələ rəsmi statistikadadır. Qeyri-rəsmi mənbələrə görə Ermənistan əhalisinin sayı bu göstəricilərdən xeyli aşağıdır. 2050-ci ilə qədər Ermənistan əhalisinin 5 mln nəfər olması üçün əhalinin orta hesabla hər il 2% artması lazım. Nəyə arxayın olub bu qədər artım planlaşdırıblar – müəammalıdır...

2. Hazırda Ermənistanın ÜDM-i 13.4 mlrd dollardır. 2050-ci ildə qədər ÜDM-in həcmini 20 dəfə böyüdərək 260 mlrd dollar etmək istəyirlər. Bu rəqəmə çatmaq üçün Ermənistan iqtisadiyyatı hər il 10.5% artıma nail olmalıdır və Ermənistan iqtisadiyyatına təqribə 1.2 trln dollar investisiya yatırılmalıdır. Absurd sadəcə! 2050-ci ildə 5 mln əhaliyə və 260 mld dollar ÜDM-ə nail olacaq Ermənistanın adam başına düşən ÜDM-i 52 000 dollar olacaqdır. Müqayisdə üçün deyim ki, hazırda Almaniyanın adam başına düşən ÜDM-i 46 000 dollardır. Heç bir resursu, gələcəyi olmayan bir ölkənin belə absurd hədəflərə iddia etməsi yalnız Ermənistana məxsus ola bilər.

3. Hazırda dünya orduları içində 112-ci yerdə qərarlaşan Ermənistan ordusunun 30 ilə dünyanın ən güclü ordusu olacağını hədəfləmək erməni xülyasından başqa heç nə ola bilməz. Başqa orduların, terrorist qrupların arxasında gizlənən, xain hücumlar edən bir ordunun dünyanın ən güclü ordusu olması üçün yalnız dünyanın sonunun gəlməsi lazım.

Bu siyahını çox uzatmaq olar. Ermənistanın 2050-strategiyası o qədər cəfəng və uydurmadır ki, bunu təqdim etmək üçün ki, gərək ancaq erməni Paşinyan olasan. Bu xəstə təxəyüllü, yalançı, uydurma dövlətlə qonşu olmaq bu dünyada ən böyük cəzadır məncə.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:51 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06