Modern.az

MİDA 224 güzəştli mənzilin alqı-satqısını başa çatdırıb

MİDA 224 güzəştli mənzilin alqı-satqısını başa çatdırıb

Aktual

24 Sentyabr 2020, 11:57

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 30 iyun 2020 və 3 iyul 2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı başa çatdırılıb.

 

Bu barədə MİDA-dan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib. Satışın nəticələri barədə statistik məlumatlarla buradan //mida.gov.az/az/statistics/statistics_21/ tanış ola bilərsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi