Modern.az

Ceyhun Bayramovun Gürcüstan səfərindən GÖZLƏNTİLƏR

Ceyhun Bayramovun Gürcüstan səfərindən GÖZLƏNTİLƏR

24 Sentyabr 2020, 12:05

“Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb. Bu səfər bir neçə aspektdən uğurlu səfər olacaq. Azərbaycanın hər bir yüksək məmurunun Gürcüstana səfəri həmişə  yüksək qiymətləndirilir”.

 

Bu fikirləri Modern.az-a hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev  xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstan səfəri barədə danışarkən deyib.

 

Deputat qeyd edib ki, bu gün  rəsmi Tiflisdə bir neçə görüşlər planlaşdırılıb:

“Həmçinin, bu gün parlamentdə Ceyhun Bayramovla görüşümüz olacaq. Deputatlarla görüşdə bir çox məsələlərin müzakirə olunacağı gözlənilir. Bu cür səfərlərdən  stimul alaraq, ruhlanaraq daha da əzmlə çalışırıq”.

 

Parlamentari Azərbaycan XİN başçısının Gürcüstan səfərinin əhəmiyyətinə də toxunub:

“Bu görüşün əhəmiyyəti yüksək olacaq.  Gürcüstan-Azərbaycan münasibətləri hər zaman müsbət formada inkişaf edib. Bu görüşdən də pozitiv nəticələr gözləyirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı