Modern.az

Nənəsi və bibisini öldürən gənc tutuldu

Nənəsi və bibisini öldürən gənc tutuldu

25 Sentyabr 2020, 09:11

Bakıda qətl törədən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.

 

Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər. 

 

İlkin araşdırmalarla məlum olub ki, hadisəni E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır