Modern.az

Gəncədə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb - FOTO

Gəncədə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb - FOTO

26 Sentyabr 2020, 13:07
 
Xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq Gəncədə aparılan tibbi-profilaktiki işlər davam etdirilir. Nazirlər kabineti yanında Operativ Qərargahın tapşırığı ilə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə görülür.
 

Modern.az İşlər şəhərin, mərkəzində yerləşən küçə və prospektləri, qəsəbələri, çoxmənzilli yaşayış binaların girişlərini, mərtəbələrini, uşaq meydançalarını, əhali sıxlığı təşkil edən bütün əraziləri əhatə edir. Bununla yanaşı park və xiyabanlar, açıq hava idman qurğuları, habelə poçt şöbələri, bank və bankomatların qarşısında da dezinfeksiya işləri aparılır.
 

Bu gün də Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin su çiləyici maşınları ilə genişmiqyaslı dezinfeksiya işləri görülüb. Gəncə şəhərinin mərkəzi prospekt və küçələri, o cümlədən, Nizami Gəncəvi, Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk, Nəriman Nərimanov prospektləri, Azərbaycan bayrağı, Dədə Qorqud Cavadxan və digər küçələri dezinfeksiya edici məhlulla yuyulublar.
 

Gücləndirilmiş dezinfeksiya işlərinə səhər saat 08.00-da başlanılıb. 
 

Qeyd edək ki, aparılan dezinfeksiya işləri zamanı istifadə olunan maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, bir gün əvvəldən yerli KİV-lər vasitəsilə sakinlərə müraciət edilərək, ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq məsləhət görülüb.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi