Modern.az

Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı

Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı

26 Sentyabr 2020, 15:09

Rusiyada koronavirusa yoluxanların sayı 1,14 milyon nəfəri keçib.

 

Modern.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 7 523 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

 

Bu günə qədər Rusiyada 1 143 571 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 20 225 nəfərə çatıb.

 

Ölkə ərazisində ümumilikdə 940 150 nəfər virusdan sağalıb, 183 196 nəfərin müalicəsi isə davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır