Modern.az

Gürcüstan Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən narahatdır

Gürcüstan Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən narahatdır

27 Sentyabr 2020, 12:28
 
“Gürcüstan hər zaman sülh və sabitliyin tərəfdarı olub”.
 
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyəti şərh edərkən bildirib.


Onun sözlərinə görə, münaqişə həm bölgənin, həm də Gürcüstanın təhlükəsizliyi üçün təhdiddir: “Cəbhə xəttindəki vəziyyətdən narahatıq. Gürcüstanın müvafiq qurumları vəziyyəti izləyir və təhlil aparır. Bizim sülh və təhlükəsizliyə dəstəyimiz lazım olarsa, Gürcüstan buna hazır olacaq”.
İ.Sesiaşvili tərəfləri atəşkəsə və sülh danışıqlarını davam etdirməyə çağırıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir