Modern.az

Cocuq Mərcanlıda elektrik yarımstansiyası sıradan çıxıb - Baş Prokurorluq

Cocuq Mərcanlıda elektrik yarımstansiyası sıradan çıxıb - Baş Prokurorluq

Aktual

27 Sentyabr 2020, 16:46

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, kənddə elektrik enerjisi kəsilib.

 

Modern.az-ın məlumatına görə, bu, Baş Prokurorluğun mətbuat xidmətinin Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə bağlı yaydığı yeni məlumatda qeyd olunub.

 

Məlumatda bildirilib ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub