Modern.az

Hikmət Hacıyev: Silahlı Qüvvələrimiz düşmənə ağır zərbələr endirir

Hikmət Hacıyev: Silahlı Qüvvələrimiz düşmənə ağır zərbələr endirir

27 Sentyabr 2020, 19:00

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirir.  

Modern.az xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir. 

H.Hacıyev bildirib ki, cəbhədə vəziyyətin gərinləşməsinin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanın internet resurslarına kiber hücumlar edilib:

"Sosial şəbəkə və bəzi internet resurslarına tətbiq edilən məhdudiyyətlər təhlükəsizlik məqsədilə edilib".

H.Hacıyev deyib ki, hazırda mülki əhaliyə və onların əmlakına dəyən ziyan dəqiqləşdirilir.

A.Eyvazov qeyd edib ki, Azərbaycan ordusu düşmən təxribatının qarşısını almaq üçün ordumuzun əks-hücuma keçib:

"Ağdərə yaşayış məntəqəsində erməni komandanlığına təslim olmaq təklifi verilib. Əks-həmlə zamanı düşmən çox sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb".

Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xətti boyunca erməni təxribatının qarşısının alınması və işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir və düşmənə ağır zərbələr endirir.

Nazirlik rəsmisi qeyd edib ki, qələbə bizimlədir!

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?