Modern.az

Azərbaycan XİN Ermənistanın baş qərargah rəisinə CAVAB VERDİ

Azərbaycan XİN Ermənistanın baş qərargah rəisinə CAVAB VERDİ

27 Sentyabr 2020, 19:07

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə cavab verib.

Modern.az-ın məlumatına görə, L. Abdullayeva bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib.

“Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanafobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.

21-ci əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq”, - deyə XİN rəsmisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir