Modern.az

Xarici ölkələrdə yaşayan azərbaycanlıların BƏYANATI

Xarici ölkələrdə yaşayan azərbaycanlıların BƏYANATI

27 Sentyabr 2020, 19:13

Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

 

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda - bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.

 

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

 

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.

 

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə,  BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.

 

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq. 

 

AVROPA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURALARI

 

 

  • Almaniya Azərbaycanlıları Koordinasiya Şurası 
  • Fransa Azərbaycanlılarının Koordinasiya Şurası
  • İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası
  • Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası
  • Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası (Finlandiya, İsveç, Norveç, Danimarka)
  • İtaliya Azərbaycanlıları Koordinasiya Şurası (Malta)
  • İspaniya Azərbaycanlıları Koordinasiya Şurası                      
  • Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (Latviya, Litva, Estoniya)
  • Polşa Azərbaycanlıları Koordinasiya Şurası
  • Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası
  • (Macarıstan, Monteneqro, Yunanıstan, Rumıniya, Çexiya, Serbiya,  Albaniya, Xorvatiya, Slovakiya)
  • Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının  idarə heyətinin tərkibi

 

AVSTRİYA

 

  • Avstriya Azərbaycanlıları Birliyi Fərid Əzizov
  • “Azer Der” Cəmiyyəti Yardım Günəş

 

İSRAİL

 

  • AZİZ Lev Spivak
  • İsrail Azərbaycan Ev

 

GÜRCÜSTAN

 

  • Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
  • “Borçalı İrəli” İctimai Birliyi
  • M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi
  • Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi
  • Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası
  • Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası

 

 

UKRAYNA

 

  • “Ukrayna Azərbaycanlılarının Radası”

 

 

RUSİYA

 

  • “Moskva Azərbaycanlıları İcması”
  • “Moldova Azərbaycanlıları Konqresi”
  • “Azərbaycan-Ural” İctimai Təşkilatı
  • “Azərbaycan Diasporası”nın Arxangelsk regional təşilatı
  • Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”
  • Rusiya Azərbaycanlıları Diaspor Təşkilatlarının Konfederasiyası
  • Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
  • Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
  • “Dostluq” Azərbaycan Primorye ictimai təşkilatı
  • “Samara Vilayəti Azərbaycanlılarının Liqasi”

 

 

QAZAXISTAN

 

 

  • "Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi
  • “Birlik” azərbaycanlı icmasının sədri 
  • “Namus” Azərbaycan Milli-Mədəniyyət Mərkəzi
  • "Ozan" Almatı şəhər Azərbaycanlıların Cəmiyyəti 
  • “Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyi
  • “Novruz” Azərbaycan Etno-Mədəni Mədəniyyət Mərkəzi
  •  “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyi
  • “Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi”
  • "Heydər" Gənclər Birliyinin sədri
  • “Xəzər” Azərbaycan etnomədəni birliyi
  • Yeni Yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi
  • “Heydər” Xeyriyyə Cəmiyyəti
  • “Azbirlik” Etno-mədəni Birliyinin sədri
  • “Dostluq” Azərbaycan Etno-Mədəni Birliyi
  • “Dostluq” Azərbaycan Mərkəzi İctimai birliyi
  • “Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi
  • “Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi” rəhbəri
  • “Naxçıvan” Azərbaycanlı etnomədəni mərkəzi” ictimai birliyi
  • “Birlik” Milli-Maarif Cəmiyyəti
  • Şərqi-Qazaxıstan vilayətinin “Azərbaycan etno-mədəni birlik” İctimai Birliyi
  • “Mehriban” Azərbaycan Mərkəzi etno-mədəni birliyi
  • “Arzu” Azərbaycan Etno-mədəni İctimai Birliyi
  • “Yasəmən” Azərbaycan Etno-Mədəni Mərkəzi

 

 

ÖZBƏKİSTAN

 

 

  • Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi

 

 

QIRĞIZISTAN

 

 

  • “Azəri” İctimai Birliyi

 

 

TÜRKİYƏ

 

 

  • Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu
  • Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER)
  • İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma  Dərnəyi (İS-TAD)
  • Azərbaycan Təhsil  və Kültür Dərnəyi
  • Bursa Azərbaycan Kültür Dərnəyi 
  • Eskişəhər Azərbaycanlılar Dərnəyi
  • Gənc Azərbaycanlılar Dərnəyi
  • Kocaeli Derince Azərbaycan Evi Dərnəyi
  • Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi
  • Qars Azərbaycan Evi Dərnəyi
  • Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF)
  • TADDEF-Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
  • “Can Azərbaycan” Media Şirkəti
  • Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
  • İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
  • Türkiyə  Azərbaycan Dərnəyi  (TÜRKAZDER)
  • Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan Evi
  • Adana Azərbaycan Kültür və Dayanışma  Dərnəyi
  • Adana Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi
  • Antalya Azərbaycan Evi Dərnəyi
  • Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
  • İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq  Dərnəyi (AKİDER)
  • İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
  • İzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
  • “Çağdaş” Azərbaycan Kültür Dərnəyi
  • Edirne Azərbaycan Evi Dərnəyi
  • Türkiyə  Azərbaycan Dərnəyi  (TÜRKAZDER) Iğdır şöbəsi
  • İstanbul Azərbaycan Kültür Evi
  • Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
  • Turgutlu Azərbaycan Kültür Dərnəyi
  • Ankara Azərbaycan Evi Dərnəyi
  • Amasya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi
  • Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma  Mərkəzi
  • Azərbaycanlı Həkimlər Dərnəyi (AHD)
  • İstanbul-Azərbaycan Dostluq Dərnəyi
  • “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
  • Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
  • İstanbul-Azərbaycan Teleteatrı
  • Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik  Dərnəyi
  • “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri
  • Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem)
  • Anka Azərbaycan Rəqs və Sənət Klubu
  • İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (İÜ Azerbaycan Kültür ve Dayanışma Topluluğu)
  • Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi
  • Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyinin sədri
  • Trabzon Azərbaycan Təhsil, Kültür və Həmrəylik Klubu
  • Heydər Əliyev adına Azərbaycan  məktəbi
  • Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin sədri,
  • Dərnəyin nəzdində Hüseyn Cavid adına məktəbi
  • Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəb
  • Balıkesir Azərbaycan Evi Dərnəyi
  • Çanakkale Azərbaycan Evi Dərnəyi
  • Amasya Azərbaycan Kültür Dərnəyi
  • Amasya Azerbaycan Türkleri Kültür Sanat və Dayanişma Dərnəyi
  • Samsun Azərbaycan Kültür və Dayanışma Dərnəyi
  • “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
  • Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi (AGAH)
  • Azərbaycan Milli Rəqs və Kültür Dərnəyi
  • Mübariz Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
  • Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH)
  • İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
  • Celal Bayar Üniversitesi Manisa Azerbaycanlı Öğrenciler Topluluğu
  • Bursa Uludağ Üniversiteti Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi 
  • Düzce Üniversitesi Türk Dünyası Topluluğu
  • ZONGULDAK Bülent Ecevit universiteti Azərbaycan Kültür Topluluğu 
  • Azərbaycan Gənlik Təşkilatının (Bardin)
  • Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi - AGİH
  • Konya Azərbaycanlı Tələbələr Birliyi
  • Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi
  • Manisa Azərbaycanlı Tələbələr Birliyinin sədri 
  • Kocaeli Azərbaycanlı Tələbələr Birliyinin sədri 
  • Qars Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi
  • Kayseri Azərbaycanlı Tələbələr Birliyi
  • Burdur Mehmet Akif Ersoy üniversitesi Azərbaycanlı Tələbələr Topluluğu
  • Muğla Universiteti Azərbaycan Kültür və Həmrəylik Cəmiyyəti
  • Kastomonu Azərbaycan Universiteti Azərbaycan Kültür və Həmrəylik Topluluğu
  • Konya Azərbaycanlı Tələbələr Birliyi
  • Erzurum Azərbaycanlı Tələbələr Birliyi
  • Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

 



Avstraliya İttifaqı

 

 

  • Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi 

 

 

 

  • Avstraliya-Azərbaycan Assosiasiyası

 

 

Yeni Zelandiya

 

 

  •  “Azəri”Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri

 

 

Misir Ərəb Respublikası

 

 

  • Vətənpərvər-Misirdə Azərbaycanın Diaspor Təşkilatları Birliyi

 

 

 

  • Oman Sultanlığında yaşayan azərbaycanlılar

 

 

 

  • Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar 

 

 

 

  • Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlılar

 

 

 

  • Çin Xalq Respublikasında yaşayan azərbaycanlılar

 

 

 

  • İordaniya Haşimilər Krallığında yaşayan azərbaycanlılar

 

 

 

  • Tailand Krallığında yaşayan azərbaycanlılar

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi