Modern.az

Qərb Yanukoviçi 2-ci turun favoriti hesab etmir

Qərb Yanukoviçi 2-ci turun favoriti hesab etmir

Təhsil

21 Yanvar 2010, 14:56

Ukraynada keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrini təhlil edən dünya mətbuatı fevralın 7-də 2-ci turda mübarizə aparacaq Viktor Yanukoviç və Yuliya Timoşenkonun qalib gəlmək imkanlarını müzakirə edir. Modern.az-ın qərb mətbuatına istinadən verdiyi məlumata görə,  təhlilçilər bu qənaətdədilər ki, namizədlərin 2-ci turda tərəddüd edən seçiciləri öz tərəflərinə çəkə bilmələrindən çox şey asılıdır. Qeyd olunur ki, acı dilli Timoşenko rəqibinə nisbətən daha xarizmatik və qətiyyətli hesab olunur. Lakin Ukraynanın fəlakətlərinin bir qismi də onun üzərinə düşür. Qərb mətbuatı hesab edir ki, ikinci tur seçkilərdə birinci turdan üçüncü çıxmış Sergey Tiqipko tərəfdarları Timoşenkonun tərəfinə keçəcəklər. 

“The Wall Street Journal”-ın yazdığına görə, Yanukoviç və Timoşenko hələlik son seçim etməmiş seçiciləri öz düşərgələrinə çəkməyə çalışır. Bu məsələdə Timoşenkonun Yanukoviçdən daha fəal olduğu görünür. Timoşenko cəbhə xəttini  müəyyən edərək Yanukoviçin korrupsiyaya urğramış oliqarxların silahı olduğunu bəyan edib, ona səs vermək isə daş dövrü seçmək deməkdir.

Yanukoviç is rəqibi barədə “o, öz səhvlərini etiraf etməyi və düzəltməyi hələ öyrənməyib, insanlar bunu hiss edir və ona etimad göstərmir” deyib.

 

Qərb mətbuatı hesab edir ki, ikinci turda başlıca rolu birinci turda müvafiq olaraq seçicilərin 20 faiz səsini toplamış  Tiqipko və Yatsenyuk oynayacaq. Vaşinqtondakı Marşal Fondunun (Marshall Fund) professoru Devid Kramer hesab edir ki, Tiqipkonun tərəfdarları Yanukoviçə rəğbət bəsləmir. Bu mənada onların əksəriyyətinin Timoşenkonu dəstəkləyəcəklərini söyləmək olar. 

Fransada nəşr olunan “Paris-Match” jurnalı yazır ki, birinci turun nəticələrinə baxmayaraq,  ikinci turda Timoşenkonun qalib gəlməsi daha inandırıcıdır. Qeyd olunur ki, Timoşenko ikinci turda “narıncı inqilab” nəticəsində yaranmış bütün kiçik partityaların səsini qazana bilər. Artıq Tiqipko Timoşenkodan baş nazir postunu tutmaq barədə təklif alıb və onun “narıncı ledi”ni dəstəkləyəcəyi inandırıcıdır. 

Almaniyada  nəşr olunan “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, faktiki olaraq  birinci turun sensasion nəticəsi Sergey Tiqipkodur. Ötən ilin oktyabrında seçki kampaniyasının başlanğıcında 17-ci olan Tiqipko yanvarın 17-də 13 faiz səs toplayıb. Qəzet yazır ki, Tiqipko Timoşenko-Yanukoviç mübarizəsində həlledici fiqur olacaq. O, iki barışmaz  rəqib arasında mübarizənin gedişinə həlledici təsir edəcək. Sergey Tiqipko Yanukoviçin narıncı inqilab dövründə seçki qərargahına rəhbərlik edib və ola bilsin ki, seçki saxtakarlıqlarına görə o, məsuliyyət daşıyıb. Qəzet yazır ki, fevralın 7-də ikinci turdan qalib gəlməsi üçün Timoşenko “narıncı” düşərgənin bütün təbəqələrinin dəstəyini qazanmağa çalışacaq. Qərbə meylli olan ukraynalı seçicilərin şərqin (Moska) namizədi – Yanukoviçə  səs  verməsi  sıfra  bərabərdir, bu seçicilər evdə oturmağı  seçkiyə getməkdən üstün tutacaqlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir