Modern.az

“Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm” - “Qarabağ”ın futbolçusu

“Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm” - “Qarabağ”ın futbolçusu

Aktual

27 Sentyabr 2020, 22:21

“Bu gün həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm”.

Modern.az xəbər verir ki, bunu bu gün erməni işğalından azad edilən Füzuli rayonunun Kənd Horadiz kəndinin sakini, "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

"Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu, son deyil. Tezliklə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!",- deyə Qara Qarayev qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı