Modern.az

“Tərəflər arasında parlament danışıqlarına ev sahibliyi etməyə hazırıq” - ATƏT PA

“Tərəflər arasında parlament danışıqlarına ev sahibliyi etməyə hazırıq” - ATƏT PA

Aktual

27 Sentyabr 2020, 22:39

Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca silahlı toqquşmalarla bağlı xəbərlərin yayılmasından sonra ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli bugünkü hərbi tədbirləri pisləyib və sonrakı hərbi toqquşmaların və insan tələfatlarının qarşısını almaq üçün Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

Modern.az xəbər verir ki, Tsereteli hər iki tərəfi bölgədə yaşayan mülki şəxslərin mənafeyi naminə hərbi əməliyyatları dayandırmağa və münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar aparmağa çağırıb: "Bu son eskalasiyadan, xüsusən də dinc əhali arasındakı ölüm xəbərləri barədə və onun regional təhlükəsizliyə yaratdığı təhdiddən çox narahatam. Bu gün həmsədrlərin bildirdiyi kimi, tərəflər vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Siyasi həll variantına alternativ yoxdur.”.



ATƏT PA-nın Baş katibi Roberto Montella öz növbəsində əlavə edib ki, ATƏT Parlament Assambleyası Azərbaycan və Ermənistan parlamentariləri arasında dialoq üçün forum rolunu oynamağa davam edəcək: "ATƏT PA hər iki tərəfin müraciəti əsasında tərəflər arasında parlament danışıqlarına ev sahibliyi etməyə hazırdır. Minsk Qrupunun bu mübahisənin həll edilməli olduğu ATƏT platforması olduğu halda, Assambleya tərəflər arasında etimad yaratmağa kömək edərək bu səyləri tamamlaya bilər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir