Modern.az

Bakı-Sumqayıt yolu BAĞLANIR

Bakı-Sumqayıt yolu BAĞLANIR

Aktual

28 Sentyabr 2020, 10:54

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq:

 

“Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyə olunur.

 

Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür