Modern.az

Prezidentin köməkçisi: “Təmas xətti boyu əməliyyatlar davam edir”

Prezidentin köməkçisi: “Təmas xətti boyu əməliyyatlar davam edir”

28 Sentyabr 2020, 11:29

“Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev deyib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışında Ermənistanın növbəti təxribata hazırlaşdığı barədə məlumat verib: “Dünən Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir”.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır: “Ermənistanın hərbi doktrinasında da mülki əhali hədəf kimi göstərilir. Biz 2016-cı ilin aprel döyüşlərində, 1990-cı illərdə də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. 14 mülki Azərbaycan vətəndaşı yaralanıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir