Modern.az

Ceyhun Bayramov: “Beynəlxalq təşkilatlar məlumatlandırılıb”

Ceyhun Bayramov: “Beynəlxalq təşkilatlar məlumatlandırılıb”

28 Sentyabr 2020, 11:40

“Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan tərəfə atəş açıb növbəti təxribatı törədib”.


Modern.az
-ın  məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında XİN rəhbəri Ceyhun Bayramov deyib.

 

C.Bayramov qeyd edib ki, düşmən təxribatı nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var:

“Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-əməliyyata başlayıb”.

Nazir qeyd edib ki, bu hadisədən sonra Prezident Azərbaycan xalqına müraciət edib: “Xarici İşlər Nazirliyi bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb və bəyanatlar yayıb”.

 “Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışığımız olub. O, Ermənistanın törətdiyi təxribatı pisləyib və yanımızda olduğunu bildirib. Buna görə də qardaş ölkənin XİN başçısına təşəkkür edirəm", - C.Bayramov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?