Modern.az

Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir - Prezidentin köməkçisi

Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir - Prezidentin köməkçisi

28 Sentyabr 2020, 11:43

Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır.

 

Modern.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

 

H.Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin narahatlığı başadüşələndir:

 

“Amma beynəlxalq ictimaiyyətə bildiririk ki, Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki müharibə aparılır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?