Modern.az

Bakı metrosu hərbi vəziyyət dövründə necə işləyəcək? - AÇIQLAMA

Bakı metrosu hərbi vəziyyət dövründə necə işləyəcək? - AÇIQLAMA

Aktual

28 Sentyabr 2020, 14:48

Metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

 

Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin mətbut katibi Bəxtiyar Məmmədov bildirib ki, metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

 

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib:

 

“Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi