Modern.az

“Düşmən dərman və tibbi ləvazimat çatışmazlığı ilə üzləşib” - Nazirlik rəsmisi

“Düşmən dərman və tibbi ləvazimat çatışmazlığı ilə üzləşib” - Nazirlik rəsmisi

28 Sentyabr 2020, 15:30

“Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib”

 

Modern.az-ın məlumatına görə, bu sözləri Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

O bildirib ki, aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə ediblər:

 

"Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir