Modern.az

Komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

28 Sentyabr 2020, 17:30

Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının)  əməkdaşlarının siyahısını açıqlayıb.


Modern.az
həmin siyahını təqdim edir:

 

  1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
  3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi
  6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
  7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  8. Azərbaycan Respublikasının Baş Prokurorluğu
  9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
  10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər
  11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
  12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
  13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)
  14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
  15. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
  16. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
  17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
  18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
  19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
  20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
  21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
  22. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  23. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
  24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.

 

2 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının siyahısı

  1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  6. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
  9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
  12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
  13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
  14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  16. “Azəriqaz” İstehsalat Birliyi
  17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
  24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
  25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
     

3 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısı

  1. Səhiyyə və sosial sahə üzrə:

1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

  1. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

  1. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyatın fəaliyyəti.

  1. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.11. qablaşdırma məhsullarının istehsalı;

4.12. maşın və avadanlıqların istehsalı;

4.13. elektrik avadanlıqlarının istehsalı;

4.14. kompüter, elektron və optik məhsulların istehsalı;

4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

4.16. sair nəqliyyat vasitələrinin istehsalı;

4.17. tütün məmulatlarının istehsalı;

 4.18. sair sənaye məhsullarının istehsalı.

  1. Pərakəndə və topdan satış üzrə:

5.1. yanacaqdoldurma məntəqələri.

  1. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası.

  1. Kütləvi informasiya vasitələri.
  2. Təhsil müəssisələrinin fəaliyyəti.
  3. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir