Modern.az

Jurnalistlərin fəaliyyətinə icazə veriləcək

Jurnalistlərin fəaliyyətinə icazə veriləcək

28 Sentyabr 2020, 17:42

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə veriləcək.

 

Modern.az-ın məlumatına görə, bu, “Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin Siyahısı"nda əksini tapıb.

 

Bu sahədə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?