Modern.az

Spiker parlament jurnalistlərinin təkliflərini reallaşdırdı 

Spiker parlament jurnalistlərinin təkliflərini reallaşdırdı 

Parlament

30 Sentyabr 2020, 11:00

"Bu gün Milli Məclisdə jurnalist həmkarlarımla 3 otağın açılışını etdik”.

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.


O bildirib ki, faktiki olaraq sədr seçiləndən sonra mənə jurnalistlər iş otağının şəraitinin yaxşı olmaması ilə bağlı müraciət edirdilər:

 

“Pandemiyaya görə ilk dövrlərdə bu işlə ciddi məşğul ola bilmədim. Ancaq yay aylarında bununla bağlı işlər görüldü. Hər bir iclasda təkcə deputatlar işləmir. Jurnalistlər də iclas bitənə qədər bizimlə olur. Yaradılan 3 otaqdan 1-i jurnalistlər üçündür. 16 komputer var. Məkan olaraq daha böyükdür. Yanında fotostudiya otağı yaradılıb. İkinci mərtəbədə isə brifinqlər və müsahibələr üçün otaq yaradılıb. Bütün brifinqlər və müsahibələr artıq həmin otaqda keçiriləcək. Eyni zamanda pandemiya dövründə biz çalışdıq ki, sizə burda da şərait yaradaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir