Modern.az

Parlamentin struktur bölmələrində nöqsanların aradan qaldırılması işləri aparılır - Sahibə Qafarova

Parlamentin struktur bölmələrində nöqsanların aradan qaldırılması işləri aparılır - Sahibə Qafarova

Parlament

30 Sentyabr 2020, 11:36

"Milli Məclisin Aparatında və İşlər İdarəsində bir çox işlər aparılıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Onun sözlərinə görə, Milli Məclisin struktur bölmələrində nöqsanların, çatışmazlıqların aradan qaldırılması və yoxlanılması üçün İcraya Nəzarət sektoru yaradılıb:

 

"Əmək müqaviləsi əsasında müqavilə gözləyən əməkdaşlarımızın sayı İşlər idarəsində 23 nəfərdən 2 nəfərə, Aparatda 8-dən 3-ə endirilib. 65 yaşına çatmış əməkdaşların razılıq ərizələri alınıb, onlarla əmək müqaviləsi bir müddətlik uzadılıb. Avtonəqliyyat vasitələri üçün aylıq yürüş müəyyən edilib. Ezamiyyətlər üçün də qrafik təyin edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı