Modern.az

Deputatlar maaşlarıyla da ordumuza dəstək nümayiş etdirsinlər - TƏKLİF

Deputatlar maaşlarıyla da ordumuza dəstək nümayiş etdirsinlər - TƏKLİF

30 Sentyabr 2020, 12:33

Milli Məclisin deputatı Etibar Əliyev orduya dəstəklə bağlı vacib təklif irəli sürüb.

 

O, Modern.az-a açıqlamasında bildirib ki, indiki vaxtda hər birimiz ordumuzun yanında olmalıyıq:

 

“Düşünürəm ki, bizim ordu mənəvi dəstəyimizi hər addımda hiss edir. Bu, dəstək hər birimizin borcudur.

Ordu ilə xalqın birliyi, Cənab Ali Baş Komandanın rəhbərliyi altında Böyük Qələbə ilə nəticələnəcək.

Bir deputat kimi ordumuzla bağlı təklif irəli sürmək istəyirəm. Ordumuza mənəvi dəstəklə yanaşı maddi dəstək də edə bilərik. Düzdür, buna ehtiyac duyulmur. Dövlət bütün ehtiyacları artıqlaması ilə ödəyir. Ancaq təklif edirəm ki, Milli Məclisin deputatları öz əməkhaqlarından ordumuza dəstək nümayiş etdirsinlər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?