Modern.az

Deputat Fatma Yıldırım İşçi Qrupunun rəhbəri seçildi

Deputat Fatma Yıldırım İşçi Qrupunun rəhbəri seçildi

Aktual

30 Sentyabr 2020, 14:50

Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında  Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri seçilib.

Bu barədə Modern.az-a danışan Fatma Yıldırım etimada görə parlament rəhbərliyinə və millət vəkillərinə təşəkkürünü bildirib. Deputat qeyd edib ki, rəhbərlik edəcəyi İşçi qrupunun ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcəyinə inanır:


“Ümumiyyətlə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ilə İslam aləmində böyük nüfuza malik olan Səudiyyə Ərəbistanı arasında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan,  müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlər məmnunluq doğurur. Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin praqmatik xarici siyasət kursu, həmçinin İslam həmrəyliyinə fundamental töhfələr verməsi də bu ölkə tərəfindən yüksək qiymətləndirilir.

Ən mühüm məqamlardan biri budur ki,  Səudiyyə Ərəbistanı ölkəmizin ərazi bütövlüyünü, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı və ədalətli mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanının münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll edilməli olmasına dair sonuncu bəyanatı da bu baxımdan xüsusi qeyd edilməlidir.

Bütövlükdə, ölkələrimiz arasında əlaqələrin böyük perspektivləri var və  Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri kimi bu  münasibətlərin inkişafına töhfələr vermək üçün bütün səylərimi, imkanlarımı səfərbər edəcəyəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır