Modern.az

Qaçqın və internat məktəblərindəki gənclərlə bağlı layihə həyata keçirilir

Qaçqın və internat məktəblərindəki gənclərlə bağlı layihə həyata keçirilir

Təhsil

21 Yanvar 2010, 16:33

Gənclər üçün Təhsil Mərkəzi ötən ilin sentyabr ayından icra etdiyi “Gənclər üçün İKT Məktəbi” layihəsini davam etdirir. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin başladığı vaxtdan bu günədək 2680 gənci əhatə edib.

Layihə digər fəaliyyətlərlə yanaşı gənclərin informasiya kommunikasiya vasitələrindən səmərəsiz istifadə etməsinə qarşı internet aksiyaların təşkilini də nəzərdə tutur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir