Modern.az

Ümumi təhsil pilləsinin yeni dövlət standartı təsdiqlənib  

Ümumi təhsil pilləsinin yeni dövlət standartı təsdiqlənib  

Təhsil

30 Sentyabr 2020, 18:48

2019-cu il 2 iyun tarixdə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Bu barədə Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun 4.0.5-ci maddəsində nəzərdə tutulan ümumi təhsilin dövlət standartlarını təsdiq etmək üzrə vəzifələri Nazirlər Kabineti həyata keçirir:


"Sözügedən Fərmanın 2.4-cü bəndinə əsasən Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan ümumi təhsil proqramını (kurikulumu) təsdiq etmək vəzifəsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aid edilib.

Sadalanan hallarla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik etməklə, ümumi təhsilin dövlət standartının yeni redaksiyada təsdiq edilməsi zərurəti yaranıb.

Bu Qərarla təsdiq edilməsi nəzərdə tutulan ümumi təhsilin dövlət standartının layihəsi qüvvədə olan ümumi təhsilin dövlət standartı ilə müqayisədə həm format, həm də məzmunca təkmilləşdirilmişdir. Belə ki, layihəyə “Şagirdlərdə formalaşdırılan dəyər və səriştələr” adlı bölmə əlavə edilmiş, şagirdlərin İKT savadlılığı, iqtisadi biliklərə yiyələnməsi, tolerantlıq tərbiyəsi istiqamətində standartlar daxil edilmiş, ayrı-ayrı fənlər üzrə qüvvədə olan standartın qismən mürəkkəb müddəaları şagirdlərin potensial imkanlarına uyğunlaşdırılmış, “Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri” “Ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələblər”lə əvəz olunub.

Bundan əlavə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi hədəfinin təmin edilməsi məqsədilə tam orta təhsil səviyyəsində tədris edilən fənlər “təmayül siniflərdə” və “qeyri-təmayül siniflərdə” olmaqla qruplaşdırılıb, layihəyə “Tam orta təhsil səviyyəsində təhsilin təşkili” adlı ayrıca bölmə əlavə edilib".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir