Modern.az

Nazirlik direktor olmaq istəyənlərə müraciət etdi

Nazirlik direktor olmaq istəyənlərə müraciət etdi

1 Oktyabr 2020, 10:46

Təhsil Nazirliyi direktorların işə qəbulu müsabiqəsində iştirak etmək istəyən namizədlərə müraciət edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, ölkədəki mövcud vəziyyət və internetə çıxış imkanlarına məhdudiyyət qoyulması ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron qeydiyyat zamanı problemlə qarşılaşan namizədlərə texniki dəstək göstəriləcək.

 

Sözügedən namizədlərin İnsan resursları şöbəsinin 070 248 19 92 mobil əlaqə nömrəsinə zəng edərək məlumatlarını bildirməkləri kifayətdir. Həmin şəxslərin məlumatları araşdırılaraq elektron qeydiyyat prosesi həyata keçiriləcək və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmələri təmin olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər