Modern.az

Milli Qəhrəmanın beyninə QAN SIZIB

Milli Qəhrəmanın beyninə QAN SIZIB

Hadisə

1 Oktyabr 2020, 13:05

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin beyninə qan sızıb.

Bu barədə Modern.az-a onun qızı Gülxanım Abdullayeva məlumat verib. O deyib ki, Maşallah Abdullayev cəbhədəki döyüşləri, düşmənin hücumunu biləndən sonra vəziyyəti pisləşib:

“Cəbhədə döyüşlər gedir. Biz Goranboyda, düşmənə yaxın ərazidəyik. Burada hadisələrin lap yaxınındayıq. Atam cəbhədən xəbərləri eşitdi, ermənilərin hücuma keçdiyini, döyüşlərin başladığını, şəhidlərimizin olduğunu bildi. Vəziyyəti pisləşdi. Gəncəyə tomoqrafiyaya apardıq. Beyninə qansızma var. Amma həkimin nəzarəti və yazdığı müalicələrlə ev şəraitində müalicə  alır.  Goranboy rayonundakı vəziyyəti bilirsiniz. Xəstəxanalarımız cəbhədən gələn yaralı əsgərlərə xidmət üçün ayrılıb. Yaralılarımız var. Ona görə xəstəxanada qalmaq istəmədik. Biz ev şəraitində atama lazımi qulluğu edirik. Onu ancaq qələbə xəbəri ayağa qaldıra bilər. Ümid edirik ki, hər şey yaxşı olacaq. Biz Ordumuza, Ali Baş Komandanımıza inanırıq. Allahın izni ilə atam da bizimlə birlikdə qələbə xəbərinə sevinər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi