Modern.az

Noam Xomskinin ədaləti və de Qoldan sonrakı Fransa

Noam Xomskinin ədaləti və de Qoldan sonrakı Fransa

Parlament

1 Oktyabr 2020, 20:00

Massaçusets Texnologiya İnstitutunun “Linqivistika və fəlsəfə” kafedrasının professoru Noam Xomski müasir dövrün aparıcı intellektuallarından biri olmaqla yanaşı, dil haqqında elmdə inqilabi çevriliş  edib. Onun ideyalarının fəlsəfə və psixologiya elmlərinə, həmçinin  antropologiyadan riyaziyyata,  pedaqogikadan ədəbiyyata qədər  dərin təsiri olub.

O, 2005-ci ildə Böyük Britaniyanın tanınmış “Foreign Policy” və “Prospect” jurnallarınn keçirdiyi sorğularda müasir dövrün ən böyük mütəfəkkəri seçilib. 

Noam Xomskinin axırıncı kitabı “Hakimiyyət   sistemləri” adlanır. Kitabda onun müxtəlif mövzularda jurnalist Devid Barzamyanla müsahibələri yer alıb. Erməni Barzamyan onun dilindən Türkiyədə insan haqlarının pozulması, qondarma soyqırımla bağlı nəsə qoparmaq istəyir. Ancaq buna nail ola bilmir.

Barzamyanın sualı: 2011-ci ilin mart ayında tanınmış türk yazıçısı Nobel mükafatı laureatı Orxan Pamuk İçveçrə qəzetinə “Biz 30.000 kürd, 1.000 000 erməni öldürmüşük” fikrinə görə cərimə olundu. Buna münasibətiniz necədir?

Noam Xomski: Mən bir il bundan öncə Türkiyədə keçirilən söz azadlığına həsr olunmuş konfransda iştirak etmişəm.  Konfransın əsas hissəsini türk jurnalistlərinin qaldırdığınız mövzulara aid çıxışları əhatə etdi. Bütün bu jurnalistlər New York Times qəzetinin jurnalistlərindən fərqli olaraq kişilik və dəyanət nümayiş  etdirdilər. Onlar istədikləri mövzulardan danışırdılar. Bu çıxışlara görə onları heç bir təhlükə gözləmirdi. Türk jurnalistləri ölkələrindəki problemləri açıq və dəqiq səsləndirirdilər.

Maraqlısı odur ki, Avropa İttifaqı bəyan edir ki, bu ölkədəki insan haqları standartları Avropa İttifaqında guya mövcud olan standartlara uyğun gəlmir. Zənnimcə Türkiyə mənə yeganə tanış ölkədir ki, bu ölkənin aparıcı ziyalıları, naşirləri, jurnalistləri, alimləri, müəllimləri mütəmadi olaraq baş verən neqativ hallara qarşı səslərini qaldırır və etiraz aksiyaları keçirirlər. Qərbdə belə şeylər mümkün deyil. Türklərdən çox şeyi öyrənmək lazımdır. Xüsusilə demokratiya uğrunda mübarizəni. O ki, qaldı Türkiyənin Avropa İttifaqına qəbulu məsələsinə, heç kim inciməsin bu baş tutmayacaq. Əsas səbəb irqi ayrıseçkilikdir. Qərb insanı çətin ki, türklərin onların şəhərlərinin küçələrində sərbəst gəzintilərini sinirə bilsin”.

Avropa İttifaqı öz ampluasındadır. Nə yaxşı ki, çıxışlarını və kitablarını milyonların izlədiyi Noam Xomski kimi intellektuallar var.

Dünyaya böyük maarifçilər və humanistlər, elm adamları vermiş Fransa bu gün hər vəchlə erməni faşizmini müdafiə etməyə çalışır. Özü də məqsədli və qərəzli şəkildə. Montenin, Volterin, Hüqonun, Puankarenin, Anatol Fransın, Emil Zolyanın, Sartrın  ölkəsindən Noam Xomski kimi bir intellektual çıxıb deyəcəkmi! Fransanı nüfuzdan salırsınız! Həm də ələ salırsınız! Fransız yazıçılarından birinin sözüdür: “Şarl de Qoll dövründə hamı bilirdi ki dövlət nədir və Fransaya böyük rəğbət var idi. Qollizm düşüncə obrazı və fəaliyyət tərzinə görə indiki Fransa üçün çox aktualdır. Qollizm insana xüsusi baxışdır.” Fransız intellektualları və yazıçıları “Dreyfusun işi” adlanan, vaxtilə dünyaya səsə salan bir prosesdə vicdan və əxlaq nümayiş etdiriblər. Nə baş verir? İntellektualların da kökü kəsilib, yoxsa estafet qərəzli, düşmənçilik toxumu səpən naşı siyasətçilərə verilib.

Etibar Əliyev,
millət vəkili

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!