Modern.az

Cəbhə gündəliyi: 2 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 2 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

2 Oktyabr 2020, 23:54

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 6-cı günü başa çatıb. Oktyabrln 2-də də cəbhədə şiddətli döyüşlər davam edib.

Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı 
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 2-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 2-də Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

- Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

- Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

- Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

- Ermənistan ordusu Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndlərini intensiv artilleriya atəşinə tutub. Mülki əhali arasında ölən və yaralananlar var.

- Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutub.

- Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntüləri yayılıb.

- Korpus komandiri general-mayor Hikmət Həsənov: “Amalımız son damla qanımızadək   vuruşmaq   və düşməni darmadağın etməkdir. Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”.

- Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsini raket, işğal olunmuş ərazilərimizdən isə Ağdamın Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutub.

- Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutub.

-Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edilib.

- Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raket “Toçka-U” taktiki raket kompleksindən buraxılb.

- Düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntüləri yayılıb.

-
Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutub.

- Düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntüləri yayılıb.

- Düşmənin canlı qüvvə və döyüş texnikası sarıdan ağır itkilər verməsinin daha bir videoyazısı yayılıb.

- Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

- Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;
- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 38 ədəd hava hücumundan müdafiə vasitələri;
- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 7 silah-sursat anbarı;
- 130-dan artıq avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir