Bu gün Bakı Dövlət Universitetində “Məzun günü” keçiriləcək. Bu barədə Modern. az saytına BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.
“Bu il universiteti 4000-dək tələbə bitirir. Onlardan 500 nəfəri fərqlənmə diplomuna layiq görünənlərdir. Öncə universitetin böyük akt zalında BDU-nun rektoru, akademik Abel Məhərrəmov həmin tələbələrə şəxsən özü diplomları təqdim edəcək. Saat 18:30-da universitetin əsas binasının qarşısında “Məzun günü” tədbiri başlayacaq. Tədbirdə 17 fakültənin hər birindən iki nəfərə fərqlənmə diplomu və valideynlərin adına yazılmış təşəkkür məktubu təqdim olunacaq. Tədbir Azad Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanacaq”, – deyə P. İbrahimova bildirib.
Nihadə Eyyubova