Modern.az

Döyüşə gedən jurnalistlər… Bu dəfə əllərində qələm deyil, silah tutublar… - FOTOLAR

Döyüşə gedən jurnalistlər… Bu dəfə əllərində qələm deyil, silah tutublar… - FOTOLAR

3 Oktyabr 2020, 08:39

 28 sentyabrda ölkəmizdə qismən səfərbərliyin elan olunması ilə minlərlə Vətən övladı Qarabağ uğrunda döyüşlərə yola düşdü.

Cəbhəyə yollananlar arasında jurnalistlərdə var. Söhbət Qarabağa jurnalist kimi deyil, savaşçı kimi yollanan həmkarlarımızdan gedir.

Hazırda Qarabağ cəbhəsində xidmət edən jurnalistlərdən biri İlham Tumasdır. O, döyüşən orduya zabit qismində qatılıb.

 

Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarov da vətənə xidmət etmək üçün səfərbər olub. O da Qarabağa zabit kimi gedib.

 

“Kaspi” qəzetində baş redaktor müavini olan Məğrur Əliyev Qarabağa yollanmazdan öncə  Facebook hesabından məlumat yayıb:  “Vətən çağırdı! Gedirik. Heç nəyə baxmadan, heç nə düşünmədən. Hər an hər şeyə hazır olaraq! Təki, Qələbəmiz və Qələbədə payımız olsun!”.

 

Kult.az xəbər saytında çalışan Aqşin Evrən də ordu sıralarına qoşulub. Facebook hesabından “Dəyərli dostlar, bizə də yol göründü. Sağlıqla qalın” sözlərini paylaşıb.

 

ARB24 telekanalının əməkdaşı Fariz Əzimov sosial media hesabından öz hərbi biletinin şəklini paylaşaraq cəbhəyə yollandığını söyləyib. Təəssüf ki, çox keçmədən onun yaralandığı haqqında məlumat yayıldı. Əsgərimizə Allahdan şəfa diləyirik.

 

Oxu.az xəbər portalını müxbiri Aqşin Kərimov da Qarabağ uğrunda döyüşlərə yollanaraq, şanlı ordumuza qatılıb.

 

Fidan Əli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər