Modern.az

Makronun babalarının Əlcəzairdə törətdiyi gerçək SOYQIRIMI

Makronun babalarının Əlcəzairdə törətdiyi gerçək SOYQIRIMI

3 Oktyabr 2020, 10:46

Fransa prezidenti Emmanuel Makron Qarabağda yaranmış hazırkı vəziyyətdən bərk narahatdır. O, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən birinin rəhbəri olaraq Qarabağda atəşin dərhal dayandırılması tələbilə çıxş edir.

Emmanuel Makron Qarabağda sentyabrın 27-dən başlayan döyüşlərə dair mövqeyində Ermənistanı birmənalı müdafiə edir.
“Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə haqq qazandırmaq mümkün olmadığını” deyə Fransa prezidenti işğalçı ölkənin yanında olduğunu nümayiş etdirib.


Fransa tarix boyu  ədalətsiz mövqeyi ilə fərqlənib. Bu ölkə uydurma “erməni soyqırımı” məsələsində daim Ermənistanı müdafiə edib.


Dəfələrlə türkləri 1915-ci ildə “erməni soyqırımı” törətməkdə ittiham edən Fransanın dövlət başçıları bu iddiaya düşəndə, nədənsə öz ölkələrinin keçmişini xatırlamırlar.

Tarixdən də məlumdur ki, Fransa əli qana bulaşmış dövlətdir. Fransa vaxtilə Afrikada - Əlcəzairdə gerçək soyqırımı həyata keçirib.

Modern.az-ın məlumatına görə, fransız mustəmləkəsindən xilas olmaq üçün Əlcəzair xalqının 1954-1962-ci illərdə apardığı haqlı mübarizədə Fransa 1 milyonadək əlcəzairlini qırıb.


Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi.

Məqsəd bir fransız Əlcəzairi yaratmaq idi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi.

Təbii ki, fransızların bölgəyə köç etməsi əlcəzairlilərin işsizliklə bağlı  çətinliklərini daha da artırdı. Bu vəziyyət Əlcəzairdən Fransaya tərsinə bir köç hərəkəti başlatdı. Fransızlar əslində beləcə istədiklərini əldə etməyə başlamışdı.

I Dünya Müharibəsində sonra Əlcəzairdə fransız istilasına qarşı milli mübarizə başladı. Bu mübarizənin öndərliyini isə Şeyx Abdullah Ben Badis edirdi. Şeyx Abdullahın bu ifadələri Əlcəzair mübarizəsinin şüarı oldu: “İslam mənim dinim, ərəbcə mənim dilim və Əlcəzair mənim vətənim".

Şeyx Abdullaha qarşı Fransanın reaksiyası çox sərt oldu. Onu həbs etdilər. Məscidlərdə azan verməsi qadağan edildi. Beləcə fransız işğalçıları bu mübarizəni beşikdə boğmağa çalışdı.
Amma II Dünya Müharibəsinin başlaması Əlcəzairdə fransız işğalını yavaşıtdı. Fransa ələzairliləri müharibədə öz yanında görməyin qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi vermişdi.



Müharibənin sona çatmasının ardından əlcəzairlilər həm döyüşün qalibiyyətini qeyd etmək üçün, həm də azadlıqları üçün əllərindəki bayraqlarla böyük bir nümayiş keçirdilər. Ancaq Fransanın bu nümayişə verdiyi reaksiya insanlıq tarixinin faciəvi günlərindən birini əlcəzairlilərə yaşatdı.

Fransız ordusu havadan və qurudan bölgəyə hücum təşkil etdi. Bir neçə gün davam edən bu hücum nəticəsində 45 min əlcəzairli həyatını itirdi. Bu qırğın Əlcəzairdə yeni bir zamanı başlatdı. Əlcəzair Qurtuluş Təşkilatı adıyla ortaya çıxan bir qrup həm siyasi, həm də əsgəri olaraq mübarizəyə qalxdı.

31 oktyabrda 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı.

Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçərdiyi müqavimətçilərə qarşı dəhşətli işgəncə tətbiq etdi.

Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər.


Ancaq bütün bunlar Əlcəzairin Fransaya qarşı müqavimətini artırdı.

Həmin zamanlarda ölkə xaricində Əlcəzair Respublikasının Keçici Hökuməti quruldu. Bütün bu inkişaflar Fransada da siyasi böhrana səbəb olmağa başladı. Fransanın Əlcəzair xalqının müqavimətinə qarşı edəcək bir şeyi qalmamışdı. Nəhayət Fransa Əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalqın hamısı müstəqilliyə səs verdi. Beləcə Ələzair fransız müstəmləkəsi olmaqdan xilas oldu, müstəqilliyini qazandı.

Ancaq 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.
 

 

 









A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?