Modern.az

Fövqəladə Hallar Nazirliyi məktəbliləri maarifləndirir

Fövqəladə Hallar Nazirliyi məktəbliləri maarifləndirir

21 Yanvar 2010, 18:15

Fövqəladə Hallar Nazirliyi  Xüsusi Riskli Xilasetmə Xidmətinin təşəbbüsü ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə fövqəladə hallar zamanı və partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (Xidmət), Təhsil Nazirliyinin Bakı şəhər Baş Təhsil İdarəsinin əməkdaşları, orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edib.

Modern.az xəbər verir ki, tədbirdə fövqəladə hallar zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" xidməti ilə əlaqə, həmçinin, partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, fəlakətlər zamanı ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumat verilib.

Tədbirin sonunda iştirakçılara Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilib. İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar iştirakçıların böyük marağına səbəb olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir