Modern.az

Ermənilərdən ETİRAF: “Cəbhədə vəziyyət çox ağırdı”

Ermənilərdən ETİRAF: “Cəbhədə vəziyyət çox ağırdı”

3 Oktyabr 2020, 11:50

Birinci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşlərdə iştirak edən Livan əsilli erməni komandiri Jirayr Sefilyan açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sefilyan cəbhədə çox ağır vəziyyət yarandığını bildirib.

“Qarabağ cəbhəsində vəziyyət ağırdır. Rəqib döyüş meydanına yeni qüvvələr gətirir. Cəbhə xətti yalnız Qarabağala məhdudlaşdığı üçün düşmən bu istiqamətdə qüvvələrini toplayaraq bizi ağır itkilərə məruz qoyurlar. Yaranmış situasiyada düşmənin itıəliləməsinin qarşısını almaq üçün yeganə yol var – ümumilli səfərbərlik. Eyni vaxtda Kremlin yaratdığı ölümcül dalandan çıxmaq üçün başqa dünya mərkəzləri ilə əlaqə quraraq onlardan silah və s. dəstək almağa çalışmalıyıq”-deyə Sefilyan deyib.

 

Xatırladaq ki, Jirayr Sefilyan 1967-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. O 1991-1994-cü illərdə Azərbaycana qarşı təcavüzdə aktiv iştirak edib və batalyon komandiri olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir