Modern.az

Prezident Madagizin tarixi adını özünə qaytardı

Prezident Madagizin tarixi adını özünə qaytardı

3 Oktyabr 2020, 20:55

Ali Baş Komandan, Prezident İlham Əliyev ordumuzun işğaldan azad etdiyi Madagiz yaşayış məntəqəsinin tarixi adını özünə qaytarıb.

 

Modern.az xəbər verir ki, bu barədə  Prezident İlham Əliyev öz rəsmi "Twitter" səhifəsində paylaşım edib.

Ali Baş Komandan bu ərazinin artıq Suqovuşan adlandırıldığını qeyd edib:



“2020-ci il oktyabrın 3-dən #Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra #Suqovuşan adlandırılır. #Qarabağ #Azərbaycandır!”.


Qeyd edək ki, bu gün Azərbaycan Ordusu işğal altında olan Madagizi düşməndən azad edərək orada  Azərbaycan bayrağını qaldırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər