Modern.az

Hərbi qulluqçuların sosial müdafiəsi gücləndiriləcək

Hərbi qulluqçuların sosial müdafiəsi gücləndiriləcək

Təhsil

21 Yanvar 2010, 18:31

“Hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcək. Modern.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin bu gün keçirilmiş iclasında müzakirə olunub. Komitə sədri Ziyafət Əsgərovun sözlərinə görə,   bu qanun təşkilati–hüquqi formasından asılı olmayaraq bütün müəssisələrə şamil olunacaq. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan sonra ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malik olacaqlar.

Əlavə və dəyişikliklərin əsas məqsədi hərbi qulluqçuların sosial müdafiəsini gücləndirməkdir. Layihənin müzakirəsi zamanı deputatların rəy və təklifləri dinlənilmiş, sənədin Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsi qərara alınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır