Modern.az

İşğaldan azad edilən Madagiz kəndinin VİDEOSU

İşğaldan azad edilən Madagiz kəndinin VİDEOSU

3 Oktyabr 2020, 21:14

Bu gün – 3 oktyabr 2020-ci il tarixində erməni işğalı altındakı Dağlıq Qarabağda uğurlu antiterror əməliyyatları həyata keçirən Azərbaycan Ordusu Tərtər rayonu ərazisinə daxil olan Madagiz (Suqovuşan) kəndini düşməndən azad edib.

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri ölkə ictimaiyyətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bəyan edib.

Madagiz (Suqovşan) işğal olunmuş ərazilərimizin şimal-şərqində, Tərtər rayonu ərazisində yerləşir. 1992-ci ilədək keçmiş Ağdərə rayonunun inzibati ərazisinə daxil olub.

Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər.

Modern.az saytı erməni internet resurslarında Madagiz (Suqovşan) kəndindən çəkilib yerləşdirilmiş videogörüntünü təqdim edir.


A.Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır